“Azərbaycanın iqtisadi göstəriciləri sürətli artım göstərir”

“Azərbaycanın iqtisadi göstəriciləri sürətli artım göstərir”
12:18

Ölkənin iqtisadi göstəriciləri sürətli artım tempinə çatıb.

News365.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında “2026-cı il dövlət büdcəsi” layihəsinin müzakirəsi zamanı danışıb.

Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərə yatırılan investisiyaların həcmi artır, orta aylıq pensiyalar yüksəlir və məşğulluq imkanları genişlənir.

Eyni zamanda qızıl və valyuta ehtiyatları əhəmiyyətli dərəcədə böyüyüb. Mikayıl Cabbarov vurğulayıb ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanın iqtisadi dayanıqlılığını yüksək qiymətləndirərək ölkəni suveren dövlət kimi tanıyır.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada