Xəbər verdiyimiz kimi Prezident İlham
Əliyevinn qərarı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.
Bəs bu ildən hansı gözləntilər var?
Mövzu ilə bağlı News365.az -a danışan hüquqşünas Əkrəm Həsənov deyib
ki, gözləntilər böyükdür:
“Nəhayət ki, daşınmaz əmlakın dövlət reyestri
açıq olsun deyirəm: kimin hansı əmlakı varsa, kim harada nə tikirsə və sair hər
kəs işini görə bilsin. Bütün tikinti işləri baş planlara uyğun şəffaf həyata
keçirilsin və ətraf binaların sakinləri yeni tikintilər barədə məlumatlandırılsın.
Bütün qanunsuz tikililərə amnistiya verilərək hər kəsin başqasının haqqına girməyən
faktiki daşınmaz əmlakı qeydiyyata alınsın. Paytaxtın icra hakimiyyəti mövcud
binaların sökülməsi və yerində yeni binaların tikilməsi barədə tikinti şirkətlərinə
qanunsuz icazələr verməyə son qoysun, binaların qanunsuz sökülərək insanların
didərgin salınmasına son qoyulsun. Çoxmərtəbəli
binalarda mənzil alanlar dərhal mənzil-tikinti kooperativinin üzvü kimi vergi
orqanı tərəfindən qeydiyyata alınsın, onların mülkiyyət hüququ qabaqcadan
qeydiyyata alınsın, eyni mənzilin bir neçə nəfərə satılmasına son qoyulsun. Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən
çoxmərtəbəli binalarda ümumi mülkiyyət olan əmlaka (zirzəmi və s.) çıxarışların
verilməsinə son qoyulsun. Tikinti şirkətləri
tikilmiş binalardan dərhal çıxarılsın, binalar sakinlər tərəfindən idarə
olunsun. Tikinti, şəhərsalma və memarlıq sahəsində digər qanunsuzluq, özbaşınalıq
və korrupsiyaya son qoyulsun, mülkiyyət hüququ qorunsun”.
News365.az