ABŞ-da Venesueladakı hərbi əməliyyatlara qarşı etirazlar keçiriləcək

ABŞ-da Venesueladakı hərbi əməliyyatlara qarşı etirazlar keçiriləcək
03 Yan 2026 23:20

ABŞ-ın bir neçə şəhərində yanvarın 3-də Venesuelada hərbi əməliyyatlara qarşı etirazlar keçirilməsi planlaşdırılır.

News365.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

"Biz küçələrə çıxıb başqa bir sonsuz müharibəyə yox deməliyik! Bu ölkənin xalqı başqa bir müharibə istəmir", - CNN “Answer Coalition” qrupundan sitat gətirib.

Nümayişlərin Nyu-Yorkun Tayms meydanında, Vaşinqtonda Ağ Evin qarşısında, Çikaqo və digər şəhərlərin mərkəzi meydanlarında keçirilməsi planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada