Azərbaycanın ilk qadın aktrisası və tibb işçisi

Azərbaycanın ilk qadın aktrisası və tibb işçisi
09:32
1915-ci ilin 14 aprelində Bakı qəzetində belə bir yazı dərc edilir:
"Yerli müsəlman qəzetləri Bakının ilk müsəlman mamaçasının gəlişini alqışlayır. Tanınmış müsəlman rəssamın həyat yoldaşı və Varşavada ixtisaslaşmış mamaçalıq kursunu bu yaxınlarda bitirən Mirzə Ağa Əliyeva üç gün əvvəl Bakıya gəlib"
Azərbaycanda ilk mamaçalıq kursunu bitirib, paytaxtda işə başlayan bu xanım Gövhər Əhməd qızı Qazıyeva idi. Tanınmış aktyor Mirzəağa Əliyevin birinci xanımı olan Gövhər xanım özü də aktrisa idi. Səhnə adı “Göyərçin” idi
Azərbaycanın ilk qadın aktrisası olan Göhvər Qazıyeva 1887-ci ildə Tiflisdə ziyalı ailəsində anadan olub, orada nəcib qızlar institutunu bitirib, rus və Azərbaycan dillərində mükəmməl təhsil alıb.
Ailə qurandan sonra həyat yoldaşı onun səhnəyə çıxmasına razı olmur və 1913-cü ildə Polşaya gedir və Varşavada "Müqəddəs Sofiya" tibb məktəbinə daxil oldu, 1915-ci ildə mamalıq üzrə bu təhsil müəssisəsini bitirib Bakıya qayıdır.
Ailəsindən ayrılan günə qədər Bakıda tibb sahəsində çalışır. O dövrdə Baku­da peşəkar qadın mamacaların sayı çox az idi və Gövhər xanım bu sahədə tanınmış isimlərdən birinə çevrilmişdir.
Gövhər xanım doğuşların böyük hissəsini ev şəraitində qəbul edirdi. O, həm varlı, həm də kasıb ailələrə kömək edir, çox zaman isə xidmətinə görə pul almırdı. Əsas məqsədi o dövrdə savadsız qadınlara gigiyena, qidalanma, doğuşa hazırlıq istiqamətində məsləhətlər vermək idi. O dövrdə bu cür tibbi xidmət çox az idi, Gövhər xanım isə bunu sistemli şəkildə həyata keçirən ilk qadın mamaçalardan idi.
O dövrün təzyiqləri ona qarşı da var idi. Dəfələrlə kasıb ailələrə kömək etməsi o zaman pulu xidmət göstərən şəxsləri çox narahat edirdi. Onun haqqında şayələr yayırdılar. Əksər dindar insanlar onu evinə dəvət etmirdi ki, guya Gövhər xanım xristian olub. Qadınlara verdiyi məsləhətlərə görə onun evə gəlməsini istəməyən cahil kütlə arasında şayiələr yayırlar ki, guya o, arvadları dindən döndərmək istəyir. Müsəlman qadınları ona qulaq asanda guya ərlərinə itaət etmək istəmirdi.
Bu cürə həyat onu çox sıxdığı üçün yenidən səhnəyə qayıtmaq istəyirdi.
Dəfələrlə onu teatra dəvət etsələr də yoldaşı izn vermir və nəhayət onlar ayrılırlar.1930-cu illərin əvvəllərində isə Güney Azərbaycandan bir soydaşımızla ailə quraraq Təbrizə köçür.1960-cı ildə orda rəhmətə gedib.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada