Azərbaycanın 4 cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçirilən Avropa Kubokunun ilk yarış günündə fəxri kürsüyə qalxıblar.
Nihad Məmişov (60 kq) və Əbil Yusubov ( 73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar.
Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medala sahib olublar.
2 qızıl, 1 gümüş və 1 bürünc medala malik Azərbaycan ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirə 26 ölkədən 226 idmançı qatılıb.