Azərbaycanda siqaret kəskin bahalaşdı - YENİ QİYMƏT

Azərbaycanda siqaret kəskin bahalaşdı - YENİ QİYMƏT
02 Yan 2026 22:00

Azərbaycanda siqaretlərin qiymətində növbəti artım qeydə alınıb.

News365.az xəbər verir ki, artıq qiymət artımı ilə bağlı satış nöqtələri rəsmi şəkildə məlumatlandırılıb. Bildirilib ki, bu barədə siqaret satışını həyata keçirən şirkətlər satıcılara əvvəlcədən xəbərdarlıq edib.

Yeni qiymətlərə əsasən, ucuz siqaretlərin qiyməti 30 qəpik, bahalı siqaretlərin qiyməti isə 40 qəpik artırılıb.

Satıcıların sözlərinə görə, qiymət artımı artıq bir sıra satış nöqtələrində tətbiq olunmağa başlanıb və yaxın günlərdə bütün ölkə üzrə tam qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, son illər siqaret və tütün məmulatlarının qiymətlərində mərhələli şəkildə artım müşahidə olunur.


Sizin reklam burada
Sizin reklam burada