Azərbaycanda həkimlərin uzun müddətdir narazılıq etdiyi sertifikasiya prosesi təkmilləşdirilib.
News365.az xəbər verir ki, bu barədə həkim Ramil Həşimli sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, dünyanın əksər ölkələrində tətbiq olunan Davamlı Tibbi Təhsil konsepsiyası həkimlərin daimi şəkildə öz üzərində çalışmağı, bilik və bacarıqlarını yeniləməsini tələb edir. Yeni qərarla Azərbaycandakı sertifikasiya sistemi də bu tələblərə uyğunlaşdırılıb.
Ramil Həşimli qeyd edib ki, artıq proses həkimlərin davamlı təhsil almasına daha yaxın modelə gətirilib: “Qaldı müddəalara riayət etmək və müasir tibbin çağırışlarına hazır olmaq. Vəssalam!”
Həkim bildirib ki, yeni mexanizm əvvəlki narazılıqları aradan qaldırmaqla, səhiyyə işçilərindən daha yüksək peşəkarlıq tələb edəcək.
News365.az