Azərbaycanda bu federasiyanın adı dəyişdirildi

Azərbaycanda bu federasiyanın adı dəyişdirildi
15:34

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) adı dəyişdirilib.

AKAF-dan  bildirilib ki, qurum bundan sonra Azərbaycan Su İdmanı növləri Federasiyası (Azerbaijan Water Sports Federation) adlandırılacaq.

Bununla bağlı müvafiq qərar federasiyanın Ümumi Yığıncağında qəbul olunub.

Bu addımın ölkəmizdə su idman növlərininin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyini artırmaq və beynəlxalq arenada daha effektiv təmsilçiliyə nail olmaq məqsədi daşıdığı, eyni zamanda populyarlığı artırmaq, kütləviliyi təmin etmək, yeniyetmə və gəncləri cəlb etməyin əsas prioritet olduğu bildirilib.


Sizin reklam burada
Sizin reklam burada