Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb

Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb
08 Apr 2025 13:32

Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb.

News365.az xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar bildirib.

O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla Əbu-Dabidə bir sıra məsələləri müzakirə etdiyini vurğulayıb.

İsrailli nazirin sözlərinə görə, Azərbaycanla münasibətlər genişlənir və strateji, diplomatik, iqtisadi, enerji və digər aspektləri əhatə edir.

“Onları gücləndirməyə davam edəcəyik!”, - Gideon Saar əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada