“Azərbaycan-Türkiyə əlaqələri möhkəmlənir, Çin ilə əməkdaşlıq artır” - Vüqar Bayramov

“Azərbaycan-Türkiyə əlaqələri möhkəmlənir, Çin ilə əməkdaşlıq artır” - Vüqar Bayramov
14:54

Azərbaycan ilə Türkiyə arasında iqtisadi, siyasi və strateji əlaqələr möhkəmdir və bu, ölkələrarası münasibətlərin inkişafında örnək təşkil edir.

Millət vəkili Vüqar Bayramov News365.az-a açıqlamasında bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi son dövrdə 21 faiz artaraq 3,7 milyard dollara çatıb.

Bayramov qeyd edib ki, Çin də Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və ölkələr arasındakı iqtisadi əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. 

"Bu əməkdaşlıq, ölkələr arasında ticari əlaqələrin möhkəmlənməsinə və iqtisadi faydanın artırılmasına xidmət edir”, – deyə o əlavə edib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Çin ilə dialoqu intensiv şəkildə davam etdirir və ölkənin maraqları çərçivəsində əməkdaşlıq tərəflər üçün faydalı şəkildə aparılır. Çin tərəfindən də Azərbaycanın təşəbbüsləri dəstəklənir və qarşılıqlı əməkdaşlıq daha da genişlənir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada