Azərbaycan-Serbiya hərbi əməkdaşlığı müzakirə olundu

Azərbaycan-Serbiya hərbi əməkdaşlığı müzakirə olundu
03 İyn 2025 17:23

Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib.

News365.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə Nazirliyinin əməkdaşları arasında görüş keçirilib.

    Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər birgə əməkdaşlıq çərçivəsində görülən işlərin cari vəziyyətini təhlil edib, perspektiv planlara dair müzakirələr aparıb və qarşılıqlı maraq doğuran digər məsələlərdən danışıblar.


    Sizin reklam burada
    Sizin reklam burada