Azərbaycan-Serbiya əlaqələrində Yeni gəlişmə

Azərbaycan-Serbiya əlaqələrində  Yeni gəlişmə
17 Apr 2024 15:58

Hardan hara gəldik. Bir zamanlar Azərbaycan müxtəlif dövlətlərə , şəxslərə dəstək üçün müraciət edirdi. Kömək istəyirdi. İqtisadiyyatının dirçəldilməsi, həqiqətinin qəbul edilməsində yardımçı olmalarını xahiş edirdi.Edənlər edirdi, dost əli uzadanlar az deyildi,amma özünü görməzliyə, eşitməzliyə vuranların sayı da az olmurdu. Azərbaycan çətinlikləri dəf edənəcən proses bu şəkildə davam etdi.İndi o günlər geridə qalıb. Dövlət güclənib. İqtisadi artım tempi yükəslib. Hər sahəni əhatə edən bu tərəqqidən indi bütün dünyada danışırlar .Rəsmi Bakı hətta vacib olduğu halda dəstək verməni də unutmur. Ona etimad, etibar edən ölkələrə gərəkən dəstəyi verir və kimsəni naümid qoymur. Serbiya Prezidenti Aleksandr Vuçiçin Prezidenti İlham Əliyevə zəngi, son dövrlərdə Serbiyanın təzyiqlərə məruz qalması haqqında məlumat verməsi, Azərbaycan xalqının dəstəyini xahiş etməsi, onu göstərir ki, dövlətimiz təkcə güc və imkan sahibi deyil, həm də sözünün sahibidi. Siyasi şərhçi Zaur Məmmədov da deyir ki, Azərbaycana olan inam onun rəhbərlinin şəxsi nufuzundan və və vədinə sadiqlikdən irəli gəlir. 

“Bəli dövlətmizə inanır və ondan dəstək umurlar, həm də göstərirlər .Elə prezdent İlham Əliyev də telefon danışığı zamanı Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub.Bu arada ölkə prezdenti Aleksandr Vuçiçi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.Serbiya Prezidenti dəvəti məmnuniyyətlə qəbul edib.”

Azərbaycan Serbiya münasibətlərindən danışanda bir məqamı qeyd etməmək olmur. Tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov bildirir ki, , Serbiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrindəndi. Digər maraqlı bir fakt da var .

“ İkinci Dünya müharibəsi zamanı Serbiyanın paytaxtı Belqrad şəhərinin azad olunmasında 223-cü Azərbaycan diviziyası da iştirak edib və “Belqrad” adını alıb.Bu iki ölkə xalqlarının bir birinə olan sayğısından və sadiqliyindən irəli gəlir”

Görünən odru ki, , Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və iki ölkə liderinin şəxsi dostluq və qardaşlıq münasibətləridə əlaqələrin inkişafına töhfə verir və verəcək də.

Bəturə Nebiyeva


Youtube kanalımız

Oxşar xəbərlər