Göygöldə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub

Göygöldə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub
30 Apr 2024 19:20

Göygöldə yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

News365.az bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində, 2001-ci il təvəllüdlü V.Nəcəfov, 1992-ci il təvəllüdlü K.Vəliyev və 1997-ci il təvəllüdlü R.Məmmədov xəsarət alıb.

Zərərçəkənlər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Youtube kanalımız

Oxşar xəbərlər