Koçaryanın köməkçisi jurnalisti döydü

Koçaryanın köməkçisi jurnalisti döydü
30 Apr 2024 16:25

Ermənistanın keçmiş prezidenti, hərbi cani Robert Koçaryanın oğlu Levon Koçaryan yerli medianın gündəminə gəlib.

News365.az xəbər verir ki, buna səbəb hazırda deputat kimi fəaliyyət göstərən Levonun daim yanında gəzən Artur Sukoyanın jurnalisti döyməsi olub.

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı Hasmik Akopyanın bununla bağlı sosial şəbəkələrdə yaydığı məlumatda deyilir: “Keçmiş hökumətin sevdiyi ədəb qaydaları əslində indi də "köhnələr" tərəfindən davam etdirilir...

Levon Koçaryanı hər yerdə müşayiət edən şəxs (onu xuliqan da adlandıra bilərsiniz) düz parlament ərazisində vətəndaşı, jurnalist kimi fəaliyyət göstərən şəxsi vurub".

O qeyd edib ki, hüquq-mühafizə orqanlarını Ermənistanda mətbuata, söz və ifadə azadlığına bu formada təzyiq göstərilməsi ilə bağlı ədalətli araşdırma aparmağa çağırıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər