Ermənilər Solovyova baxa bilməyəcəklər: Əvəzində bədii proqram göstəriləcək

Ermənilər Solovyova baxa bilməyəcəklər:  Əvəzində bədii proqram göstəriləcək
30 Apr 2024 16:06

"Aparıcı Vladimir Solovyovun Ermənistanın ictimai multipleksindəki proqramı mədəni və ya bədii proqramla əvəzlənəcək".

News365.az xəbər verir ki, bunu Ermənistanın Televiziya və Radio Komissiyasının rəhbəri Tiqran Akopyan parlamentdə 2023-cü il üçün görülən işlər haqqında hesabatı təqdim edərkən deyib.

Bundan əvvəl Ermənistanın televiziya və radio yayımı şəbəkəsi ictimai multipleksdə “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” verilişlərinin yayımının dayandırıldığını bildirmişdi. Qeyd edilirdi ki, qərar “davam edən pozuntuların sübutu əsasında” qəbul edilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər