Polşa: “Ölkədə nüvə silahı yerləşdirməyə çoxdan hazırıq“

Polşa:  “Ölkədə nüvə silahı yerləşdirməyə çoxdan hazırıq“
30 Apr 2024 16:40

"Polşa çoxdandır ki, NATO-nun Nüvə mübadiləsi proqramında iştirak etmək üçün ərizə ilə müraciət edib. Bu isə ölkədə nüvə silahının yerləşdirilməsinin mümkünlüyünü nəzərdə tutur. Varşava hələ də müraciətini geri götürməyib".

News365.az Rusiya mediasına istinadən xəbər verir ki, bu bunu Polşa müdafiə nazirinin müavini Pavel Zalevski Polşa televiziyasında çıxışı zamanı deyib.

“Biz "Nuclear sharing", yəni nüvə mübadiləsi adlı proqramdan danışırıq. Polşa bu proqramda iştirak etməyə hazır olduğunu bəyan edib və bu bəyanat geri götürülməyib”, - Zalevski qeyd edib.

Nazir müavini prezident Anje Dudanın ABŞ -nin nüvə silahının ölkədə yerləşdirilməsi ehtimalı ilə bağlı qalmaqallı açıqlamasının məqsədini də tam anlamadığını bəyan edib.

Xatırladaq ki, Duda "Fakt" qəzetinə müsahibəsində deyib ki, Polşa öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır. Polşa ilə ABŞ arasında nüvə silahlarının bölüşdürülməsinin bir müddətdir müzakirə edildiyini ifadə edən Duda, "Müttəfiqlərimiz NATO-nun şərq cinahını gücləndirmək üçün torpağımızda nüvə silahı yerləşdirməyə qərar versələr, buna hazırıq" deyib.

Polşanın baş naziri Donald Tusk isə prezident Anjey Dudanı məlum açıqlamasına görə tənqid edib. 

Tural


Youtube kanalımız

Oxşar xəbərlər