Azərbaycan-Pakistan münasibətləri hərbi sahədə yüksək inkişaf mərhələsindədir - Hərbi ekspert

Azərbaycan-Pakistan münasibətləri hərbi sahədə yüksək inkişaf mərhələsindədir - Hərbi ekspert
20:15

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev, Vətən müharibəsindən sonra Azərbaycanla birgə olan dost ölkələr barədə öz fikirlərini hər zaman bölüşüb. Bu məsələdə xüsusi məqamlar da var.

Bunu News365.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.

"Cənab Prezident vurğuladı ki, biz müharibə zamanı açıq şəkildə gördük kim bizim dostumuzdur, kim isə düşmənimiz. Pakistan, Azərbaycanın haqq savaşını qəbul edən və bizi mənəvi cəhətdən dəstəkləyən müsəlman ölkələrindən biridir. Eyni zamanda, çox güclü dövlətdir. Müharibədən əvvəl də Azərbaycan-Pakistan münasibətləri yüksək səviyyədə inkişaf edirdi. Azərbaycan artıq Pakistanla sıx hərbi əməkdaşlıq edirdi və 9 təlim təyyarəsi məhz bu ölkədən alınmışdı. Pakistanın müdafiə naziri Azərbaycana rəsmi səfərlər edib və bu səfərlər qarşılıqlı xarakter daşıyıb.

Müharibənin başlaması və aparılması bir tərəfdir, lakin daha çətin olan, Azərbaycana yarana biləcək riskləri önləmək, xarici dövlətlərin müdaxiləsinin qarşısını almaq idi. Cənab Prezident çıxışında bu məqama xüsusi toxunaraq diplomatiyanın vacibliyini vurğuladı," – deyə Ramaldanov əlavəedib.



Sizin reklam burada
Sizin reklam burada