Azərbaycan millisinin finaldakı rəqibi müəyyənləşib

Azərbaycan millisinin finaldakı rəqibi müəyyənləşib
30 May 2025 22:43

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı müəyyənləşib.

Milli Gimnastika Arenasında keçirilən mundialın ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər.

Matçın əsas vaxtında hesab açılmayıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycanla qarşılaşmaq hüququ qazanıb.

Yarımfinalda yığmamıza məğlub olan Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Mükafatlar uğrunda oyunlar iyunun 1-də baş tutacaq.


Sizin reklam burada
Sizin reklam burada