"Azərbaycan-İran sərhədində 2 nəfər zərərsizləşdirilib"- DSX

"Azərbaycan-İran sərhədində 2 nəfər zərərsizləşdirilib"- DSX
02 May 2025 13:33

Aprel ayında İran İslam Respublikasından 2 pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

News365.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəd naryadına qarşı odlu silahdan istifadə edən 2 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 22 nəfər saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada