Azərbaycan güc strukturlarının yeni ABŞ texnologiyaları ilə gücləndiriir?- TƏHLİL
Siyasət
09:55
ABŞ Müdafiə Departamenti yeni milli müdafiə strategiyasını dərc edib. Sənəddə Rusiya NATO-nun şərq üzvləri üçün “idarəolunan təhlükə” adlandırılır. Strategiyada deyilir ki, Rusiya NATO-nun şərq üzvləri üçün “daimi, lakin idarəolunan təhlükə” olaraq qalır. Lakin Moskva Avropa hegemonluğuna iddia etmək iqtidarında deyil. Avropa iqtisadi potensialına, əhalisinə və hərbi gücünə görə Rusiyanı əhəmiyyətli dərəcədə üstələyir.
Eyni zamanda, ABŞ yeni dönəmdə Avropanın öz-özünü müdafiə etməli olduğunu, ABŞ-ın yalnız passiv dəstək göstərəcəyini bəyan edir.
ABŞ-ın Çin-ə qarşı yanaşması da dəyişir. Belə ki, sənədə əsasən, Çin artıq ABŞ-dan sonra əsas güc olduğu etiraf edilir. Ancaq rəsmi Pekinlə açıq qarşıdurma deyil, güc əsaslı dialoq əsas amil olaraq götürülür.
Yeni strategiya ABŞ-ın Hind-Sakit okean hövzəsində fəallığını artıracağı və buradan keçən nəqliyyat dəhlizlərini total nəzarətə almağı hədəflədiyini göstərir.
Eyni zamanda, sənəddən hasil olan nəticə odur ki, ABŞ öz gücünə arxalanan və yerləşdikləri regionda məsuliyyəti üzərinə götürməyə hazır olan ölkələrlə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
Bu isə o deməkdir ki, yaxın gələcəkdə ABŞ Türkiyə və Azərbaycanla hərbi sahədə tərəfdaşlığını dərinləşdirməklə hər iki ölkənin regional məsuliyyətinə dəstək göstərəcək. Bu, Azərbaycan güc strukturlarının yeni ABŞ texnologiyaları ilə gücləndiriləcəyi anlamına gəlir.
Sənəddə ABŞ tərəfdaşlarına hərbi xərcləri ÜDM-in 5%-nə çatdırmaqla bağlı hədəflər də müəyyən edir.
Həm Azərbaycan, həm də Türkiyə milli təhlükəsizlik arxitekturasını prioritet hesab edərək, dövlət xərclərinin 5%-dən çoxunuı məhz müdafiə qabiliyyətinin gücləndirilməsinə və hərbi sənaye kompleksinin inkişafına yönəldir.
Burada həm Azərbaycanın, həm də Türkiyənin təhlükəsizlik xərcləri bu rəqəmin çox üstündədir.
Beləliklə, ABŞ qlobal polis rolundan imtina edərək, artıq ayrı-ayrı regional güclərlə qlobal təhlükəsizliklə bağlı məsuliyyəti bölüşəcək.