Azərbaycan buğda idxalına çəkdiyi xərci azaldıb

Azərbaycan buğda idxalına çəkdiyi xərci azaldıb
25 Yan 2025 17:00

2024-cü ildə Azərbaycan 1 milyon 292 min ton buğda idxal edib.

Ölkə.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 279 milyon 681 min ABŞ dolları təşkil edib.

Bunlar, 2023-cü illə müqayisədə həcm baxımından 116 min 685 ton (9,9 %) çox, dəyər baxımından isə 24 milyon 302 min ABŞ dolları (7,9 %) azdır.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,3 %-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 7 % azdır.

Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 496 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır