Azərbaycan adı tarixi mənbələrdə nə zamandan keçir? - FOTOFAKT

Azərbaycan adı tarixi mənbələrdə nə zamandan keçir? - FOTOFAKT
14 Fev 2025 09:19
Sosial mediada ermənilər iddia edirlər ki, Azərbaycan adını Stalin yaradıb və bu ad tarixdə olmayıb. Bəlkə yüzlərlə, minlərlə fakt təqdim etmişik bu barədə ki, Azərbaycan adı tarixin bütün dövrlərində yüzlərlə sənəd, kitab, xəritə, əlyazmalarda dəfələrlə çəkilir. Bunlardan biri də Sizə təqdim etdiyim kitabdır.
Kitabın adı belə gedir orjinalda “Sohrab and Rustuman epısode” by Matthew Arnold wıth “An Introduction, Illustrative matter from the Shah Nama of Firdausi, and Notes” by Merwın Marıe Snell. Chıcago New York “Werner school book company” 1896 123 p. (Metyu Arnold. “Söhrab və Rustuman epizodu” Mervin Marie Snell tərəfindən “Bir giriş, Firdovsinin Şah Namasından İllüstrativ məsələ və qeydlər” ilə. Çikaqo Nyu York “Verner məktəb kitab şirkəti” 1896 123 s.
Kitabda müəllif qeyd edir:
1) Böyük Midiya, əsasən Xəzərin cənub sahilləri ilə Dəclə hövzəsinin aşağı hissəsinin ətəyində yerləşən dağ silsilələri arasında yerləşən indiki Pers əyalətləri olan Ardilan və İraq-Acemi əyalətlərini əhatə edirdi; indiki Azərbaycanı.
2) Avestanın vətənin Azərbaycanda Urmiya gölü olduğunu güman edirlər
3) Azərbaycan adlanan Ader-baycan və əvvəllər Kandsag klassik Atropatena ilə eynidir, Bu, müasir İranın şimal-qərb əyalətidir və onun paytaxtı Təbriz iki əsr əvvəl bu krallığın ən məşhur şəhəri idi.
4) Bir müəllif Söhrabın Azərbaycanda doğulub boya-başa çatdığı deyir.
Firdovsinin “Şahnamə” əsərindən götürülən Rüstəm və Söhrab barədə Azərbaycanda kifayət qədər dastanlar və nağıllar var. Qarabağda süjetli xalçalarda bu motivli toxumalar olub. Süjetli xalçalar arasında “Rüstəm və Söhrab” mövzusu geniş vüsət almışdır. Bu xalçalar Xocalıda da toxunurdu. Üzeyir Hacıbəyli 1910-cu ildə növbəti irihəcmli əsərini –“Şahnamə” poemasının motivləri əsasında “Rüstəm və Söhrab” operasını yazır. Üzeyir Hacıbəylinin bu dastandan təsirlənərək yaratdığı “Rüstəm və Söhrab” operası həmin dövrdə bir neçə dəfə nümayiş olunub, sonra isə səhnələrdən götürülüb.
Bu barədə faktlar çox yazmaq olar, lakin fakt budur ki, ermənilərin iddiaları tarixləri kimi boş və mənasızdır. Azərbaycan adına tarixin istənilən dövrünə getək rast gəlirik, görürük.
Kitabın PDF-ni təqdim edə bilərəm
Zaur Əliyev, tarixçi alim
May be an image of text that says 'SOHRAB AND RUSTUM AN EPISODE BY MATTHEW ARNOLD WITH An Introduction, Illustrative matter from the Shah Nama Namai of Firdausi, and Notes BY MERWIN MARIE SNELL GAHY 이 ahFYAIGA CONERIOS NOV 9 1898 WASHERITON 55817- -않 CHICAGO NEW YORK WERNER SCHOOL BOOK COMPANY ANY COMp'


Sizin reklam burada
Sizin reklam burada