Azərbaycan - ABŞ münasibətləri müzakirə olunub

Azərbaycan - ABŞ münasibətləri müzakirə olunub
04 Yan 2026 19:23

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib, iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub

News365.az xəbər verir ki, qəbul zamanı siyasi, iqtisadi, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.



Sizin reklam burada
Sizin reklam burada