Aparıcı Aytən Səfərovanın səhhətində problem yaranıb.
News365.az xəbər verir ki, bu haqda məlumat yayan aparıcı həkim müayinəsinə gedib.
"Bəzən 3 saat efirdə oluruq, zarafat edirik, gülürük. Bəzən ciddi mövzular müzakirə edirik. Amma efirdə görünməyən həyat var. Səhhətimizin qayğısına qalmalıyıq. Gəlmişəm həkimə, tromboz (qan damarlarının içərisində qan laxtalarının yaranması) təhlükəsi var. Hər şey yaxşı olacaq", - Aytən Səfərova qeyd edib.