İmişlidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan News365.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib.
Lakin sürücü, rayon sakini Şahin Tağızadə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sonuncu yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququnun olmaması müəyyən edilib.
Ş.Tağızadə barəsində protokol tərtib edilib və o, 750 manat məbləğində cərimə olunub.
Bundan başqa, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "VAZ" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Elzamin Məmmədova "saxla" işarəsi verilib.
Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında, eyni zamanda sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.
E.Məmmədov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Onun sürücülük hüququ 8 ay müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.