Avtomobil kanala aşıb, xəsarət alan var

Avtomobil kanala aşıb, xəsarət alan var
24 Mar 2025 13:59

Ağcabədidə idarəetmədən çıxan "VAZ" markalı minik maşını suvarma kanalına aşıb.

Hadisə gecə saatlarında rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

Qəzada xəsarət alan sürücü Tural Ağayev xilasedicilər tərəfindən maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)


Sizin reklam burada
Sizin reklam burada