Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bəndər Abbas şəhərindəki limanda baş verən partlayışla əlaqədar başsağlığı verib.
Bu barədə XİN X-də paylaşım edib.
“İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə paylaşımda bildirilib.