Vatikan Zelenskiyə görə protokol qaydalarını pozdu

Vatikan Zelenskiyə görə protokol qaydalarını pozdu
26 Apr 2025 23:30

Vatikan protokolda dəyişiklik edərək Ukrayna Prezidenti Vladimir Zelenskinin Papa Fransiskin dəfn mərasimində birinci sırada, ABŞ-ın Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronla yanaşı əyləşməsinə şərait yaradıb.

News365.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.

“Ənənəvi protokola əsasən, dövlət və hökumət başçıları mərasimlərdə ölkələrinin adlarının fransız dilindəki əlifba sırasına uyğun şəkildə yerləşdirilirlər. Bu qaydaya görə, Zelenskinin üçüncü sırada və ya daha arxa cərgələrdə əyləşməsi nəzərdə tutulurdu. Lakin Vatikan bu dəfə protokol qaydalarına istisna tətbiq edərək Ukrayna liderinə daha ön sıralarda yer ayırıb.

Bu qərarın səbəbi kimi Ukrayna böhranı fonunda Prezident Zelenskinin beynəlxalq ictimaiyyət üçün daşıdığı xüsusi əhəmiyyət və yaxın gələcəkdə sülh danışıqlarında gözlənilən irəliləyişlər göstərilir. Vatikanın atdığı bu addım, həm də Ukraynanın dünya birliyindəki mövqeyinə verilən önəmin bir simvolu kimi qiymətləndirilir”, - nəşr qeyd edib


Sizin reklam burada
Sizin reklam burada