Avropa uşaqlar üçün sosial mediada yeni yaş məhdudiyyətləri tətbiq edir

Avropa uşaqlar üçün sosial mediada yeni yaş məhdudiyyətləri tətbiq edir
15:59

Avropa Parlamenti uşaqların onlayn təhlükəsizliyini artırmaq məqsədilə yeni qaydalar müəyyənləşdirib. 

News365.az xəbər verir ko, qətnaməyə əsasən, sosial mediaya minimum yaş həddi qoyulur, 13–16 yaşlı uşaqlar yalnız valideyn icazəsi ilə platformalara daxil ola bilirlər və üzvlük zamanı yaşın təsdiqlənməsi mexanizmi tətbiq edilir.


Bəzi ölkələr isə əlavə məhdudiyyətlər tətbiq edib. Danimarka 15 yaşdan aşağı uşaqların sosial mediaya girişini qadağan edir. İtaliyada liseylərdə mobil telefon istifadəsinə məhdudiyyət qoyulur.


Bu qərarlar Avropada uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə fəaliyyət göstərməsini hədəfləyir.



Sizin reklam burada
Sizin reklam burada