Avropa Trampın Krım tələbini rədd edib - "Financial Times"

Avropa Trampın Krım tələbini rədd edib - "Financial Times"
10:50

Avropa liderləri ABŞ prezidenti Donald Trampın administrasiyasına Krımı Rusiya ərazisi kimi tanımayacağını çatdırıblar. Bu barədə adı açıqlanmayan yüksək rütbəli Avropa rəsmilərindən biri "Financial Times"a açıqlamasında deyib. 

“Artıq Tramp administrasiyasına bildirilib ki, Avropa paytaxtlarının Krımı Rusiya torpğı kimi tanıması qeyri-mümkün olacaq”, - deyə nəşr rəsmilərdən birinin sözlərini sitat gətirib.


Mənbənin fikrincə, Avropanın ən böyük paytaxtları Vaşinqtonu yarımadanı birtərəfli qaydada Rusiyanın bir hissəsi kimi tanımaqdan yayındırmalıdırlar.

Nəşrin yazdığına görə, Avropa artıq ABŞ-nin Krımın Rusiya ərazisi kimi tanınması və ya bu məsələdə Kiyevə təzyiq göstərməsi ilə bağlı hər hansı addımını dəstəkləməkdən imtina edib. Avropanın ən böyük paytaxtları Ukraynanın suverenliyini pozan heç bir qərar qəbul etməyəcəkləri mövqeyindən qəti şəkildə sadiqdirlər.

Ukrayna prezidenti Vladimir Zelenski bir neçə gün öncə Krımı Rusiya torpağı kimi tanımaqdan qəti şəkildə imtina edib. O, Kiyevin bu məsələ ilə bağlı heç bir sövdələşməni qəbul etməyəcəyini bildirib və Ukraynanın heç vaxt Krımın işğalını hüquqi cəhətdən tanımayacağını vurğulayıb. Zelenskinin sözlərinə görə, bu, ölkə konstitusiyasına ziddir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada