Avrasiyanın ən hündür vulkanının püskürmə anı lentə alındı - VİDEO

Avrasiyanın ən hündür vulkanının püskürmə anı lentə alındı - VİDEO
10:50

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu Kamçatkadakı Klyuçevskaya Sopka vulkanının püskürməsi anını lentə alıblar. Vulkanın oyanma anını əks etdirən video qurumun Telegram kanalında yerləşdirilib.


Videoda kraterin qarla örtülmüş üst hissəsinin parlamağa başlaması görünür. Bu, Stromboliya tipli püskürmə ilə əlaqələndirilir. Yəni püskürmə az gücə malikdir və on minlərlə ilə qədər davam edə bilir.

Qeyd edək ki, Klyuçevskaya Sopka vulkanı Avrasiyanın ən yüksək aktiv vulkanı sayılır. Bu vulkanın yaşı təxminən yeddi min ildir. Klyuçevskaya Sopka 4,5 min nəfərin yaşadığı Klyuçi kəndindən 30 km aralıda yerləşir. Hazırda yaşayış məntəqələri üçün heç bir təhlükənin olmadığı deyilir.



Tural


Sizin reklam burada
Sizin reklam burada