"Australia Post" ABŞ-yə göndərişləri dayandırdı

"Australia Post" ABŞ-yə göndərişləri dayandırdı
12:50

Avstraliyanın milli poçt və karqo xidməti olan "Australia Post" ABŞ-nin yeni gömrük qaydaları səbəbindən bu ölkəyə edilən göndərişlərin əksəriyyətini dayandırıb.

News365.az xəbər verir ki, qurum yalnız məktub, sənəd və 150 dollardan aşağı dəyəri olan hədiyyələrin qəbul ediləcəyini bildirib.

Məlumata görə, qərar ABŞ və Puerto Rikoya göndərilən məhsulların böyük hissəsini əhatə edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın imzaladığı qərar ilə 29 avqustdan etibarən 800 dollardan aşağı mallar üçün gömrük rüsumu azadolunması ləğv ediləcək.


Sizin reklam burada
Sizin reklam burada