Atom Elektrik Stansiyasına PUA-larla hücum etdilər

Atom Elektrik Stansiyasına PUA-larla hücum etdilər
06 Yan 2025 14:45

Yanvarın 5-də Ukrayna hərbçiləri səkkiz təyyarə tipli drondan istifadə edərək Zaporojye Atom Elektrik Stansiyasına(ZAES) hücuma cəhd ediblər. Onların hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Bu barədə Rusiya mediası məlumat yayıb.  Rusiya Müdafiə Nazirliyinə istinad edən TASS yazıb ki, PUA-lardan  birinin qalıqları yerə düşən zaman stansiyanın təlim mərkəzinin damında yanğın baş verib.

"Kiyev rejimi Zaporojye AES-də texnogen fəlakət təhlükəsi yaratmaq məqsədi ilə təxribatları dayandırmır. Yanvarın 5-də Ukrayna Silahlı Qüvvələri səkkiz təyyarə tipli hücum pilotsuz uçuş aparatı ilə Atom Elektrik Stansiyasına və Zaporojye vilayətinin Enerqodar şəhərinə növbəti hücuma cəhdi edib. Bütün pilotsuz uçuş aparatları hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Vurulan pilotsuz təyyarələrdən biri düşərkən Zaporojye AES-in təlim mərkəzinin damında partlayıb və yanıb",- məlumatda qeyd edilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Youtube kanalımız