İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanda rəsmi səfərdədir.
News365.az xəbər verir ki, nazir “X” hesabında Bakıdan paylaşım edərək yazıb:
“İlk rəsmi səfərimi Azərbaycana etməkdən məmnunam. İsveçrə Azərbaycanla tərəfdaşlığına yüksək dəyər verir. Biz ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığımızı daha da dərinləşdirməyi, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədri (OSCE CiO) qismində Cənubi Qafqazda dialoqu, sülhü, sabitliyi və rifahı təşviq etməyi hədəfləyirik. Bu səfər daha geniş regional təmasların başlanğıcını qoyur”, deyə diplomat qeyd edib.
Qeyd edək ki, bu gün İ.Kassisin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü və mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
