ATƏT-in sədri Ceyhun Bayramovla görüşdü - FOTO

ATƏT-in sədri Ceyhun Bayramovla görüşdü - FOTO
12:35

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis arasında təkbətək görüş başlayıb.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəlik, eləcə də ATƏT çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

 


Sizin reklam burada
Sizin reklam burada