Astarada məktəbin yaxınlığında YANĞIN

Astarada məktəbin yaxınlığında YANĞIN
02 İyn 2025 15:38

Astarada yanğın baş verib. 

News365.az məlumat verir ki, Astarada 1 saylı məktəbin idman sahəsi ətrafında otluq əraizdə qeydə alınıb. Alov məktəb binasına və yaxınlıqda yerləşən yüksək gərginlikli elektrik blokuna doğru yayılıb. 

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində qısa müddətdə alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.  Hazırda yanğının baş vermə səbəbi araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada