Qarabağın yenidən qurulması iqtisadiyyata necə təsir edəcək?- AÇIQLAMA

Qarabağın yenidən qurulması iqtisadiyyata necə təsir edəcək?- AÇIQLAMA
09:55

Qarabağın bərpası və yenidən qurulması Azərbaycanın iqtisadi inkişaf istiqamətlərində əsas prioritetlərdən biri olaraq qalır. Son illərdə regionda həyata keçirilən genişmiqyaslı layihələr həm infrastrukturun qurulmasına, həm də əhalinin dayanıqlı şəkildə geri qayıdışına xidmət edir.

Bu barədə News365.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli danışıb.

O bildirib ki, son altı ildə Qarabağda iqtisadi və sosial infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülüb və artıq minlərlə ailənin həmin ərazilərə qayıdışı təmin olunub.

İqtisadçının sözlərinə görə, həyata keçirilən layihələr əsasən yolların, kommunikasiya xətlərinin, yaşayış məntəqələrinin və enerji infrastrukturunun qurulmasına yönəlib:

“Bu ərazilərdə müasir enerji infrastrukturu formalaşdırılıb. Eyni zamanda yaşayış və sosial infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir”.

Xalid Kərimli qeyd edib ki, bütün layihələr dövlət büdcəsi hesabına həyata keçirilir və məqsəd uzun illər işğal nəticəsində dağıdılmış ərazilərin bərpası ilə yanaşı, dayanıqlı iqtisadi modelin qurulmasıdır.

Onun fikrincə, Qarabağda aparılan yenidənqurma prosesi gələcəkdə ölkənin iqtisadi imkanlarının genişlənməsinə də mühüm töhfə verəcək:

“Bu layihələr həm regionun iqtisadi potensialını artıracaq, həm də yeni iş yerlərinin yaranmasına şərait yaradacaq”.

İqtisadçı əlavə edib ki, Qarabağın inkişafı çərçivəsində müxtəlif sahələr üzrə investisiya imkanlarının yaradılması və sahibkarlıq mühitinin genişləndirilməsi də əsas hədəflər sırasındadır.


Sizin reklam burada
Sizin reklam burada