Türkiyədə dəhşətli qətl hahisəsi olub, keçmiş ər üç uşaq anasını öldürüb.
News365.az xəbər verir ki, ağır cinayət hadisəsi Arnavutköydə baş verib.
Belə ki, həbsxanadan icazə ilə çıxan keçmiş ər barışmaq bəhanəsi ilə çağırdığı otelin 305 nömrəli otağında üç uşaq anası Yonca Kölgeni bıçaqlayaraq qətlə yetirib.
Hadisədən sonra qaçan şübhəli bir konteynerdə gizlənərkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.