"Apple" Avropa İttifaqının aprel ayında tətbiq etdiyi 500 milyon avroluq cərimədən narazı qalaraq məhkəməyə şikayət edib.
News365.az xarici mediaya istinadən xəbər verir ki, şirkət, AB Komissiyasının App Store-a qoyduğu məhdudiyyətlərin proqram tərtibatçıları və istifadəçilər üçün mənfi nəticələr doğurduğunu bildirir.
Apple qərara əməl etsə də, cərimənin əsassız olduğunu əsas gətirərək AB Ümumi Məhkəməsinə müraciət edib.