"Anti-terror əməliyyatları suverenlik deyil" - Politoloq

"Anti-terror əməliyyatları suverenlik deyil" - Politoloq
16:36

“Azərbaycanın anti-terror əməliyyatları suverenliyin qorunması anlamına gəlmir”

Politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında Azərbaycan tərəfindən həyata keçirilən anti-terror tədbirlərinə toxunub. O bildirib ki, bu əməliyyatları hərbi, siyasi və ya suverenliyin qorunması kimi qəbul etmək düzgün deyil.

Alıoğlu qeyd edib ki, bu, yalnız Cənubi Qafqaz üçün deyil, dünya siyasətində dövlətlərin uzun müddətli problemləri həll etmək üçün öz qanunlarını beynəlxalq hüquq çərçivəsində tətbiq etməyə məcbur olduğu bir addımdır. “Son 122 ildə heç bir dövlət öz qanunlarını tətbiq etmək üçün beynəlxalq hüququn eksperimental şəraitindən istifadə etməyib. Bu məqam önəmlidir,” – deyə politoloq bildirib.

O, həmçinin Azərbaycanın müəyyən səviyyədə suverenliyə nail olduğunu, sərhədlərin təmin edildiyini vurğulayıb: “Sərhədlərin qorunması suverenliyin elementlərindən biridir.”

Alıoğlu əməliyyatın planlaşdırılması barədə də danışıb: “Bu əməliyyat bir neçə hərbi məktəb və universitetdə öyrədilir. Əməliyyat gecə deyil, gündüz saatlarında başladı və 13 istiqamətdən, şimaldan 5, cənubdan 8 istiqamətdən eyni zamanda geniş miqyaslı hücum həyata keçirildi. İlk saatda təxminən 1,600 hədəf vuruldu.”

Politoloq qeyd edib ki, bu əməliyyat digər anti-terror tədbirlərindən fərqlənir və dünya miqyasında nadir nümunələrdən biridir.


Sizin reklam burada
Sizin reklam burada