Türkiyənin paytaxtı Ankarada yerləşən əyləncə məkanlarından birinə silahlı hücum edilib.
Hadisə Yenimahalle rayonunun Beştepe məhəlləsində, Armada Hayat küçəsində yerləşən əyləncə məkanında baş verib.
Motosikletlə hadisə yerinə gələn, şəxsiyyəti hələlik müəyyən edilməmiş iki nəfər silahla atəş açaraq ərazidən uzaqlaşıb.
Hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Hücum nəticəsində ölən və ya yaralanan olmasa da, obyektə ciddi maddi ziyan dəyib.
Şahidlərin ifadələri alınıb və ərazidəki təhlükəsizlik kameralarının görüntüləri araşdırılır. Polis hücumda iştirak edən şəxslərin tapılması istiqamətində əməliyyatlara başlayıb.
