Analitik: "İsgəndər" raketi münaqişənin gedişini dəyişdi"

Analitik: "İsgəndər" raketi münaqişənin gedişini dəyişdi"
18 Apr 2025 10:55

Rusiyanın “İskəndər” ballistik raket sistemi Ukraynadakı münaqişəyə ciddi təsir göstərib. Bu silahın Amerika ekvivalenti olan ATACMS raketlərindən istifadə isə uğursuzluqla nəticələnib. Bu barədə amerikalı hərbi ekspert Uill Şrayver X sosial şəbəkəsindəki (keçmiş Twitter-red.) səhifəsində yazıb.


“Mən bunu əvvəllər də demiş yeganə adam deyildim. 2023-cü ilin sonlarında ATACMS raketinin biabırçı uğursuzluq olacağını iddia edən bir neçə nəfərdən biri də mən idim”,-deyə o, gileylənib.

Ekspert Rusiyanın “İsgəndər” raket sisteminin həqiqətən də Ukraynadakı münaqişədəki “oyun qaydalarını” dəyişdirdiyini əlavə edib. Şrayver qeyd edib ki, Ukraynada ATACMS-in uğursuzluğa düçar olması ilə bağlı fikirləri Qərbdə bir çox ekspertlər də bölüşürlər.

Rusiya bu raketdən geniş sitifadə edir. Aprelin 14-də Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti iki “İsgəndər-M” raketindən zərbə endirilməsi nəticəsində ukraynalı hərbçilərin məhv edilməsi barədə məlumat yaymışdı. Zərbə aprelin 13-də "Seversk" OTQ komandanlığının iclasının keçirildiyi ərazidə həyata keçirilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada