Almaniyada nəhəng balıq 5 nəfərə hücum edib - FOTO

Almaniyada nəhəng balıq 5 nəfərə hücum edib - FOTO
12:20

Almaniyada maraqlı hadisə baş verib. Bavariyada təxminən iki metr uzunluğunda olan böyük bir "naqqa" balığı göldə dincələn beş nəfərə hücum edib. Bundan sonra balıq polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.


"Hadisə Allmannsdorf çimərliyində Burning Beach Festivalı zamanı baş verib. Bavariya Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Sourab Taheri-Sohi nəşrə bildirib ki, üzgüçülük platformasında insanların dişlənməsinə dair xəbərlər alıblar. Ümumilikdə beş zərərçəkənə tibbi yardım göstərilib, onlardan ikisi hətta suyun altına qədər dartıb çəkildiyini bildirib", - nəşr yazıb.


Zərərçəkənlərin sayı artdıqdan sonra xilasedicilər hadisə yerinə gəliblər. Əvvəlcə onlar xilasedici qayıqla naqqa balığını qorxutmağa çalışsalar da, balıq qorxub ərazidən uzaqlaşmayıb. Sonda polis atəş açmalı olub. Bundan sonra balıq suda itib, lakin sonradan bir balıqçı onu görüb və sahilə çıxarıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada