Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya dəstəyin qarşısını almağa cəhd edən Macarıstanı səsvermə hüququndan məhrum etməyi düşünür. Bu barədə "The Guardian" yazıb.
Macarıstan hakimiyyəti Ukraynanın Aİ-yə üzvlüyünə qarşı aktiv kampaniyaya başlayıb. Macarıstanın baş naziri Viktor Orban belə hesab edir ki, Ukraynanın quruma üzv olması Budapeştin əhəmiyyətli maliyyə itkilərinə səbəb olacaq.
Ekspertlərin fikrincə, Macarıstanın belə mövqeyi onun Avropa İttifaqı ilə münasibətlərini ciddi şəkildə gərginləşdirə bilər.
Aprel ayında bildirilirdi ki, bir neçə Aİ ölkəsi Macarıstanın Rusiyaya qarşı sanksiyalara veto qoymasından yan keçməyin yolunu tapıb. Məsələ ondadır ki, sanksiyaların tətbiqi ilə bağlı qərar ümumavropa səviyyəsində deyil, milli səviyyədə veriləcək. Bu addım Macarıstanı sanksiyalar üzərində veto hüququndan məhrum edə bilər və bu, hər altı aydan bir yenilənməlidir.
Tural