Ağdaşda toyda dava: musiqiçilər qonağı döydü

Ağdaşda toyda dava: musiqiçilər qonağı döydü
11 İyn 2025 21:59

Ağdaşda toyda dava düşüb.


News365.az xəbər verir ki, hadisə Ağsaray şadlıq sarayında baş verib. İlkin məlumata görə, musiqiçilərlə toy iştirakçısı arasında başlayan mübahisə sonuncun döyülməsi ilə nəticələnib.


DİN-in Mətbuat xidmətinin regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.


Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.


Sizin reklam burada
Sizin reklam burada