“Abu-Dabi görüşü sülh gündəliyində irəliləyişin mühüm mərhələsidir”- Aytən Qurbanova

“Abu-Dabi görüşü sülh gündəliyində irəliləyişin mühüm mərhələsidir”- Aytən Qurbanova
09:38

“Abu-Dabi görüşü sülh gündəliyində irəliləyişin mühüm mərhələsidir”

Politoloq Aytən Qurbanova bu sözləri News365.az-a açıqlamasında deyib. 

"İlkin olaraq onu qeyd etmək lazımdır ki, Abu-Dabi görüşü sülhə doğru atılan önəmli addımlardan biridir. Ümumiyyətlə, ikitərəfli format çərçivəsində keçirilən görüşlərin hər biri sülh gündəliyinin razılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, sülh müqaviləsinin ümumi mətni üzrə 17 bənd bu görüşlər çərçivəsində razılaşdırılıb,  deməli digər məsələlərə dair razılığın əldə olunması ilə bağlı ümidlər kifayət qədər yüksəkdir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Abu-Dabi görüşünü yaxın gələcəkdə bir çox istiqamətdə yeni razılıqların əldə olunması üçün vacib addım hesab etmək olar. Eləcə də, növbəti görüşlərdə Zəngəzur dəhlizi və delimitasiya və demarkasiya komissiyasının fəaliyyəti ilə bağlı mühüm qərarların qəbul edilə biləcəyi ehtimal oluna bilər. Təbii ki, bu məsələlərin hər biri bütövlükdə sülh danışıqlarının uğurlu olması üçün xüsusi önəm kəsb edir. Nəticə etibarilə, Azərbaycanın təşəbbüsü ilə yaradılan ikitərəfli format yalnız iki dövlət arasında uğurlu sülhquruculuğu prosesinin əsasını qoymuş olmur, həmçinin Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını yenidən formalaşdırır."


Sizin reklam burada
Sizin reklam burada