Abşeronda 29 yaşlı qadın narkotiklə tutuldu - VİDEO

Abşeronda 29 yaşlı qadın narkotiklə tutuldu - VİDEO
03 İyn 2025 17:59

Abşeron Rayon Polis İdarəsi Saray polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News365.az-a verilən məlumata görə, əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.

Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək məbləğdə pul vəd etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.




Sizin reklam burada
Sizin reklam burada