"ABŞ və Rusiya arasında müharibə gedir" -Hinkl

"ABŞ və Rusiya arasında müharibə gedir" -Hinkl
06 Yan 2025 14:26

Ukrayna Rusiya ilə münaqişənin həlli üçün təşkil olunacaq danışıqlarda iştirak etməməlidir. Danışıqlar Moskva və Vaşinqton arasında aparılmalıdır. Bu fikri məşhur amerikalı jurnalist Cekson Hinkl Rusiya mediasına açıqlamasında deyib.

“Ukrayna ümumiyyətlə danışıqlara qarışmamalıdır. Düşünürəm ki, bu, yalnız ABŞ və Rusiya arasında olmalıdır. Çünki hazırda müharibə ABŞ və Rusiya arasında gedir”, - o qeyd edib.

Jurnalistin sözlərinə görə, Birləşmiş Ştatlar uzun illərdir Rusiyaya qarşı müharibə aparır və bir müddət keçsə də artan eskalasiya müşahidə edilir.

Hinkl hesab edir ki, istənilən Ukrayna prezidenti “Qərbin marionetkasına çevriləcək”, ona görə də Kiyevin danışıqlarda iştirakı tələb olunmur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız