Amerika Birləşmiş Ştatlarından olan naməlum təyyarə Rusiyanın ərazisi üzərindən uçub.
News365.az-ın məlumatına görə, bu barədə SHOT Telegram kanalı xəbər yayıb.
Bortun nömrəsi və mənsubiyyəti Flight Radar xidmətində görünmür.
Telegram kanalının paylaşımında bildirilir ki, təyyarə bir neçə saat əvvəl ABŞ-ın Endryus hərbi-hava bazasından havaya qalxıb, Qrenlandiya, Norveç, Finlandiya hava məkanından keçib və daha sonra Murmansk vilayətinin hava məkanına daxil olub.