Azərbaycanın dövlət borcu 27 milyard manata yaxındır

Azərbaycanın dövlət borcu 27 milyard manata  yaxındır
18 Apr 2025 19:10

Bu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın dövlət borcu 26 milyard 628.8 milyon manat və ya cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 6.6%-i qədər olub.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin aprelin 1-i ilə müqayisədə 3.3% çoxdur.

Dövlət borcunun 5 milyard 75 milyon ABŞ dolları və yaxud 8 milyard 627.5 milyon manatı xarici, 18 milyard 1.3 milyon manatı isə daxili dövlət borclarıdır. Bunlar bir il əvvələ nisbətən müvafiq olaraq 11.1% az və 9.7% çoxdur.


Sizin reklam burada
Sizin reklam burada